Ərəb Birliyi Livan hökumətinə müraciət ünvanlayıb

Dünya

29.04.2020 - 16:40

cedabet dərman SEO Xidməti

“Livanda nümayişçilər və ordunun toqquşması son dərəcədə təhlükəli bir eskalasiyadır"

 

Ərəb Birliyi Livan hökumətini iqtisadi böhranın qarşısını almaq üçün addımlar atmağa çağırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, birlik paytaxt Tripolidə nümayişçilər və ordu arasında baş verən qarşıdurmadan narahat olduğunu ifadə edib.

 

“Livanda nümayişçilər və ordunun toqquşması son dərəcədə təhlükəli bir eskalasiyadır. Ümid edirik ki, Livan ordusu və təhlükəsizlik qüvvələri peşəkarlıq və məsuliyyət hissi ilə hərəkət edəcək və Livanı naməlum tərəfə sürükləmək üçün addım atmayacaqlar”, - deyə birlikdən bildirilirb.

 

Qeyd edək ki, aprelin 27-də iqtisadi böhran səbəbiylə Tripoli şəhərində etiraz aksiyası keçirilib. Aksiya zamanı etirazçılar bəzi bank filialları və hərbi maşınlar atəşə tutublar. Ordunun nümayişçilərə sərt müdaxiləsi nəticəsində isə bir neçə nümayişçi yaralanıb və bir nəfər xəstəxanada dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş