Ərdoğandan azərbaycanlılarla bağlı xüsusi təlimat

Cəmiyyət

29.01.2020 - 17:25

Rəcəb Tayyib Ərdoğan Çindəki azərbaycanlılarla bağlı təlimat verib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikaya səfəri çərçivəsində Seneqaldan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AYNA xəbər verir ki, R.T.Ərdoğan dünyanı sarsıdan koronavirusla bağlı hərəkətə keçildiyini bildirib.

 

Ərdoğan Türkiyənin Səhiyyə Nazirliyinə Çindəki vətəndaşlarının ölkəyə gətirilməsi üçün təlimat verdiyini bildirib: “Çində, təxminən 25 Türkiyə və 10 nəfər Azərbaycan vətəndaşı var. Onlar Türkiyəyə dönmək istəyirlər. Tədbirlərinizi alın və azərbaycanlı qardaşlarımızı da bura daxil edin. Karantin altına almaq şərtilə bu qardaşlarımızı Türkiyəyə gətirək".

 

“Türkiyə daxilində hal-hazırda hər hansı bir çətinlik yoxdur. Ancaq oradakı vəziyyət nəzərə alınmaqla lazımi tədbirlər görülür və addım atılır”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 

Qeyd edək ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirus nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb. 

Müəllif: Ayna.az