Görüşdə hökumətin əsas üzvləri iştirak ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətini qəbul edib. AYNA xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, görüşdə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəisi Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Prezidentin şəxsi ofisinin rəhbəri Həsən Doğan iştirak edib.