Əraqçi İran nümayəndə heyətinin ABŞ-dan qovulması iddiasını rədd edib

Dünya

05.10.2026 - 12:27

“Nümayəndə heyəti əvvəlcədən təsdiq edilmiş proqrama uyğun olaraq ABŞ-a gedib, daha sonra İrana qayıdıb”

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi üçün ABŞ-da olan İran nümayəndələrinin zorla qovulduğuna dair iddiaları təkzib edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Əraqçi bu cür iddiaların həqiqətə uyğun olmadığını deyib. Nazir bu barədə xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə danışıb.

Daha əvvəl “Axios” ABŞ administrasiyasındakı mənbəyə istinadən BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ABŞ-a gələn iki İran rəsmisinin proqram başa çatdıqdan sonra ABŞ-ı tərk etmədiyini və şənbə günü yola düşmələri əmr edildiyi xəbərini yayıb.

Portal həmçinin dövlət katibi Marko Rubionun danışıqlar çıxılmaz vəziyyətə düşdükdən dərhal sonra Baş Assambleyada iştirak edən İran nümayəndə heyətindən ABŞ-ı tərk etməsini tələb etdiyini yazıb.

Vəziyyəti şərh edən Əraqçi qeyd edib ki, İran nümayəndə heyətinin qovulması ilə bağlı iddia - doğru olub-olmamasından asılı olmayaraq - həqiqətən qəribə görünür: “Çünki nümayəndə heyəti əvvəlcədən təsdiq edilmiş proqrama uyğun olaraq ABŞ-a gedib, daha sonra İrana qayıdıb”.

İranın xarici işlər naziri daha əvvəl bildirmişdi ki, Tehran Amerika tərəfinə dəniz blokadasının və neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması müqabilində Hörmüz boğazının açılması üçün yeddi günlük plan verib.

Lakin ABŞ Prezidenti Donald Tramp bu təklifi rədd edib. Eyni zamanda, 27 sentyabr gecəsi Əraqçi vurğulayıb ki, Trampın açıqlamasına baxmayaraq, İran vasitəçilərdən son cavab gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş