Əlövsət Əliyev azadlığa buraxılıb

Xəbərlər

13.02.2020 - 14:47

Bu barədə onun oğlu məlumat yayıb

 

Bir müddət öncə Almaniyada "miqrant alverinə" görə həbs olunmuş, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.

 

AYNA xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.

 

T.Rüstəmxanlı atasının azadlığa buraxıldığını bildirib. 

 

Xatırladaq ki, Əlövsət Əliyev 2015-ci ildən ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək orada yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.

 

Ötən ilin noyabr ayında Ə.Əliyev Almaniya polisinin "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı keçirdiyi əməliyyat zamanı saxlanılmışdı.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş