Elman Rüstəmov Mərkəzi Bankın yeni binasından danışıb

Xəbərlər

29.01.2021 - 15:47

“Mərkəzi Bank bunun üçün büdcədən heç bir əlavə vəsait almayıb”

 

Mərkəzi Bankın yeni binasının tikintisi onun öz vəsaitləri hesabına həyata keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

 

Baş bankir bildirib ki, Mərkəzi Bank bunun üçün büdcədən heç bir əlavə vəsait almayıb: “Yeni inzibati binanın inşa olunması 4-5 il ərzində baş tutacaq. Mərkəzi Bank son 3 ildə Azərbaycan Respublikasının dövlət büdcəsinə 7,8 milyard manatlıq vəsait köçürüb. Cari il üçün büdcəyə 250 milyon manat köçürmə planlaşdırılıb. Biz bu il də proqnozlaşdırılan məbləği təmin edəcəyik və bununla da 4 il ərzidə 8 milyard manatdan çox vəsait dövlət büdcəsinə köçürüləcək”.

Müəllif: Ayna.az