Əli Əsədov Erkan Özoral ilə görüşüb

Siyasət

14.04.2021 - 21:02

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb

 

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

 

Nazirlər Kabinetindən AYNA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

 

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

 

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş