Əhaliyə hava xəbərdarlığı

Xəbərlər

24.04.2020 - 13:32

cedabet dərman SEO Xidməti

Paytaxtda intensiv yağış, bəzi bölgələrdə qar yağacağı gözlənilir

 

Aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz  11-15, Bakıda gecə 7-9, gündüz  12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında

 

Arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş