Əfqanıstanın müdafiə nazirinin evinə hücum olub

Dünya

04.08.2021 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

Məsuliyyətini “Taliban” üzərinə götürüb

 

Əfqanıstanın müdafiə naziri, general Bismilla Xan Mohammadinin Kabildəki evinə hücum olub. AYNA xarici mediaya istinadən bildirir ki, hücum nəticəsində səkkiz dinc sakin həlak olub. Generalın mühafizəçiləri də daxil olmaqla daha 20 nəfər yaralanıb. Beş saata yaxın davam edən hücumun gedişində beş terrorçu öldürülüb.

 

Qeyd edilir ki, əvvəlcə nazirin evinin qarşısında avtomobil partladılıb. Bundan sonra bir neçə silahlı evə daxil olub. Nazirə və onun ailə üzvlərinə hansısa xətər dəyməyib.

 

Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş