Sultonov KTMT ölkələrini sərhəd böhranının həlli üçün Tacikistana yardım etməyə çağırıb
Tacikistan ölkənin Əfqanıstanla sərhədində yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.
AYNA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, Tacikistanın təşkilat yanında daimi nümayəndəsi Həsən Sultonov respublikanın Əfqanıstandan gələn təhlükə ilə təkbaşına mübarizə apara bilməyəcəyini bəyan edib.
Sultonov KTMT ölkələrini sərhəd böhranının həlli üçün Tacikistana yardım etməyə çağırıb.
Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardından ölkədəki Taliban yaraqlıları fəallaşıb. Onlar bir sıra əraziləri, o cümlədən də Tacikistanla sərhəd rayonlarını ələ keçiriblər.