Əfqanıstanda xarici valyutadan istifadə qadağan edilib

Dünya

02.11.2021 - 23:25

İstənilən əməliyyatda yalnız yerli pul vahidindən istifadə edilməlidir

"Taliban" Əfqanıstanda ağır iqtisadi vəziyyətlə əlaqədar ölkədə dövriyyədə olan xarici valyutadan istifadəni qadağan edib,

AYNA xəbər verir ki, bununla bağlı hərəkatın sözçüsü Zabihullah Mücahid "Twitter" səhifəsində məlumat verib.

"Ölkədə iqtisadi vəziyyət və milli maraqlar tələb edir ki, bütün əfqanlar istənilən əməliyyatda yalnız yerli pul vahidindən istifadə etsinlər", - "Taliban sözçüsü" bəyan edib.

Müəllif: Ayna.az