Düşmənin məhv edilmiş və qənimət götürülmüş <font color=red> HƏRBİ TEXNİKASININ SAYI</font>

Xəbərlər

01.12.2020 - 13:59

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının sayını açıqlayıb

 

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikasının sayını açıqlayıb. AYNA xəbər verir ki, məlumatı Prezident xalqa müraciəti zamanı bildirib.

 

Ölkə başçısının sözlərinə görə, məhv edilmiş Ermənistanın texnikası bunlardır: “Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, YARS - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, KUB zenit-raket kompleksi - 4 dənə, KRUQ zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə”.

Məhv edilmiş və qənimət götürülmüş erməni texnikasının YENİ SİYAHISI

Ölkə başçısı düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasının da sayını açıqlayıb: “Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş