Dünyanın başının üstünü kəsdirən yeni bəla haqda <font color=red> FAKTLAR və İDDİALAR</font>

Cəmiyyət

29.01.2020 - 16:40

Bu virusa yaxalanan xəstələrin 40 faizə qədəri ölümdən qurtula bilmir

 

Dünyanı təşvişə salan koronovirusla bağlı araşdırma aparan alimlərin iddialarına görə, bu virus hər zaman mövcud olub və heyvanları tələf edib. Ötən ilin dekabrında (bu səbəbdən virusa 2019coV deyilir) Çinin Vuhan şəhərində koronavirusa yaxalanan xəstənin ölümü əvvəlcə ciddi qarşılanmasa da, ötən bir ay ərzində dünya ölkələrinə yayıldı. Artıq Şimali Koreya, Yaponiya, Tailand, ABŞ və Almaniyada da bu virusa yoluxanlar və ölənlər qeydə alınıb.

 

Koronavirus nədir? AYNA bu təhlükəli virusla bağlı kiçik araşdırma aparıb.

 

Bu virusa yaxalanan xəstələrin 35-40%-i ölümdən qurtula bilmir. Bəzi insanlar fərdi orqanizmdən asılı olaraq xəstəliyi yüngül keçirə bilir, hətta tamamilə sağalmaq şansları da var. Hər halda bir qrup alim belə deyir.

 

Virusa yoluxmanın ilk 15 günü çox həssasdır. Çünki bu müddət ərzində simptomlar üzə çıxır, bütün orqanizmdə xəstəliklə bağlı ağırlaşmalar meydana gəlir. Virusa yoluxmadan sonra nəfəs darlığı, quru öskürək, yüksək hərarət əsas əlamətlərdir. Bəzi xəstələrdə bəlğəm də olur.

 

İndiyədək bu virus ailəsindən olan SARS yoluxan insanın 9%-ni, MERS isə 35%-ni öldürüb. Dünya ölkələrinin qorxduğu koronavirus da MERS və SARS kimi ağciyər və böyrəkləri sıradan çıxarır.

 

Maraqlısı ondadır ki, tibb koronavirusun da bənzər əlamətlərini sadalayır. Lakin həzm sistemini də çökdürən virusun mənşəyi barədə hələ də ətraflı, dərin məlumat yoxdur. Virus qarşısında tibb elmi çarəsiz qalıb, hər hansı peyvənd, vaksinasiya və yaxud dərmanla terapiya əldə olunmayıb. Baxmayaraq ki, ara-sıra peyvənd kəşfi ilə bağlı iddialar səslənir.

 

Alimlərin bir hissəsi koronavirusun 2 formada insana yoluxa biləcəyini deyir. Virus həm tənəffüs, həm də həzm sisteminə nüfuz etməklə insanın orqanizmini sıradan çıxarır.

 

Ən çox yayılan iddialardan biri yarasa şorbasından istifadədən sonra virusa yoluxanların artmasıdır. Daha sonra Vuhan bölgəsində qida kimi istifadə edilən ilanlardan insana yoluxma ehtimalı gücləndi. Bir qrup alim isə belə bir fikir irəli sürür ki, koronavirusun yarasadan insana ötürülməsi üçün başqa bir “vasitəçi” heyvan olmalıdır, birbaşa keçmə ehtimalı 0-dır.

Raminə Eyvazqızı