Son sutkada 573 mindən çox yoluxma qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı son 24 saat ərzində 573 mindən çox artıb. AYNA xarici mediaya istinadən bildirir ki, ötən sutka ərzində 573 min 762 nəfər yeni koronavirusa yoluxub.
COVID-19-dan 8 min 646 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 194 milyon 14 min 60, ölənlər isə 4 milyon 159 min 695 nəfərə çatıb.