Yoluxma hallarının 45 faizindən çoxu Şimali və Cənubi Amerikada qeydə alınıb
Dünyada COVID-19-a yoluxanların sayı 72,85 milyon nəfəri ötüb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 72 851 747 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 643 339 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 642 738 nəfər təşkil edib. Son sutkada daha 12 407 insan təhlükəli infeksiyadan ölüb.
Son 24 saat ərzində yoluxma hallarının 45 faizindən çoxu Şimali və Cənubi Amerikada (291 600 nəfər), ardından Avropa bölgəsi (269 527 nəfər), üçüncüsü isə Cənub-Şərqi Asiyada (34 284 nəfər) qeydə alınıb.