Dünən törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

25.12.2020 - 16:55

Axtarışda olduğuna görə ümumilikdə 82 nəfər saxlanılıb

 

Ötən gün ərzində törədilmiş 12 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli beş fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş