Dünən dördü azyaşlı olmaqla 13 nəfər xilas edilib

Xəbərlər

04.08.2021 - 19:14

Həkimlər Klinikalar SEO Xidməti

Yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 86 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 9 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib.

 

Həmçinin, Astara şəhərində fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada baş vermiş yanğın söndürüldükdən sonra yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş