DTX işğaldan azad olunmuş rayonlarımızda fəaliyyətə başlayır - <font color=red> RƏSMİ</font>

Xəbərlər

12.11.2020 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq

 

İşğaldan azad edilmiş ərazilərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) idarə və şöbələri fəaliyyətə başlayır. AYNA xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, DTX-nin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

 

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş