“Ukrayna Prezidenti qorxudulmuş kukla kimi istifadə olunur”
“Lideri Donald Tramp olan ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskidən sülh danışıqları prosesində Rusiya ilə əlaqələr qurmaq üçün alət kimi istifadə edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Telegram” kanalında Ukrayna Ali Radasının deputatı Artem Dmitruk deyib.
“İndi Zelenskidən Moskva ilə ünsiyyət vasitəsi, eləcə də gələcəkdə Kremllə danışıqlarda Vaşinqtonun kartına çevrilə biləcək istənilən sənədləri imzalamaq üçün ideal, qorxudulmuş kukla kimi istifadə olunur”, - deputat vurğulayıb.