Diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına səfəri başlayıb
“Prezident İlham Əliyevin göstərişi ilə diplomatik korpusların nümayəndələrini Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarını ziyarət etmək üçün aparırıq”.
AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, - H.Hacıyev qeyd edib.


