DİN-dən jurnalistlərə müraciət: <font color=red> “Dəqiqləşdirin”</font>

Xəbərlər

18.05.2020 - 18:25

cedabet dərman SEO Xidməti

Qeyri rəsmi mənbələrdən əldə edilən məlumatların dəqiqləşdirmələri xahiş olunur

 

Daxili İşlər Nazirliyi (DİN) Kütləvi İnformasiya Vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib. AYNA-nın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, KİV nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri DİN Mətbuat Xidməti ilə dəqiqləşdirmələri xahiş olunur.

 

“Hesab edirəm ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar”, deyə - E.Zahidov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş