DİM-in keçirdiyi imtahanda bir nəfər iştirak edib

Xəbərlər

01.03.2021 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

Növbəti “GRE: General Test” imtahanı keçirib

 

Bu gün Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı Dövlət İmtahan Mərkəzinin (DİM) A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

DİM-dən AYNA-ya bildirilib ki, COVID-19-la əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

 

İmtahanda bir nəfər iştirak edib. İmtahan nəticələrini 10-15 gün ərzində ETS-nin saytında onlayn şəkildə öyrənmək mümkündür.

 

Növbəti GRE imtahanının martın 26-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş