DİM bu gün daha bir imtahan keçirib

Xəbərlər

03.06.2021 - 17:21

İmtahan protokolları və cavab kartlarının emalına başlanılıb

 

Bu gündən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Bu barədə AYNA-ya DİM-dən bildirilib.

 

Qeyd edək ki, iyunun 3-də ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

 

İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

Müəllif: Ayna.az