DİM abituriyentlərə müraciət edib

Xəbərlər

23.04.2021 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

“Bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edirik”

 

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda və imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib. Bu barədə AYNA-ya DİM-dən bildirilib.

 

Müraciətdə qeyd edilib ki, DİM tərəfindən yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start veriləcək: “Bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edirik. Bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub. Nəzərinizə çatdırırıq ki, 2021-ci il yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş