Deputatlardan tələb: “Karantin qaydalarına əməl edin”

Xəbərlər

05.06.2020 - 11:22

cedabet dərman SEO Xidməti

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir

 

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir. AYNA xəbər verir ki, iclasın gündəliyinə daxil edilən 4 məsələ müzakirəyə çıxarılacaq.

 

Bunlar Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş), “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş) qanun layihələridir.

 

İclas başlayan kimi parlamentin Sədri Sahibə Qafarova Milli Məclisin Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edib ki, karantin qaydalarına əməl olunsun, tələb olunan yerlərdə maskadan istifadə etsinlər.

 

“Dünən Baş nazir Əli Əsədov xalqa müraciət etdi. Son günlər vətəndaşların əksəriyyəti karantin qaydalarına əməl etmədiyi səbəbindən görə koronavirusa yoluxanlarla sağalanlar arasında fərq artıb. Buna görə karantin qaydaları sərtləşdirilib. Deputatlardan, Milli Məclisin Aparatının və İşlər İdarəsinin əməkdaşlarından Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməyi tələb edirəm”, Qafarova deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş