O vətəndaşlara hansısa formada dəstək olmaq imkanından məhrumuq”
"Təkcə Bakıda 500 mindən artıq sənədsiz ev var". AYNA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan dörd məcəllə və üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O əlavə edib ki, bu evlər həm də sığortalana bilmir: "Sabunçuda subasma nəticəsində xeyli mənzilə ziyan dəyib. Onların heç birinin sənədi yoxdur, çox ciddi zərər dəyib. Neft olan ərazidə yerləşdiyindən zərərli suların evlərə dolması nəticəsində əksəriyyətində yaşamaq belə mümkün deyil. O vətəndaşlara hansısa formada dəstək olmaq imkanından məhrumuq, çünki sənədləri yoxdur".