Deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb

Xəbərlər

24.10.2026 - 14:51

Bakıda ölümlə nəticələnən insidentlə bağlı yeni məlumat var

Bakıdakı kütləvi davanın iştirakçılarından biri deputatın oğludur. AYNA.AZ Lent.az-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılanlardan Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.

Qeyd edək ki, hadisə ötən gecə Xətai rayonu, General Şıxlıniski küçəsində yerləşən keçmiş "Ab-hava" restoranında baş verib.

Kafedə baş verən, bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

Məlumata görə, davaya biznes münasibətlərində yaranmış mübahisə səbəb olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olduğu bildirilən Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində reabilitasiya mərkəzi işlədiblər.

Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş