FHN xilasetmə əməliyyatı barədə məlumat yayıb
Dənizdə batma təhlükəsi ilə üzləşənlər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.