A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Dəmir yolunda kabel oğurlanıb: Bakı-Ağstafa qatarı gecikdi - Ayna.az

Dəmir yolunda kabel oğurlanıb: Bakı-Ağstafa qatarı gecikdi

Hadisə

29.01.2025 - 12:39

cedabet dərman SEO Xidməti

İşıqforları qidalandıran 10 metr kabel xətti kəsilərək oğurlanıb

Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AYNA-ya bildirilib ki, dünən saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib.

Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır. Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

“Qeyd edək ki, təhlükəli zona olan dəmir yollarına kənar müdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdən çıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdid törədir”, - QSC-nin məlumatında vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş