Dəməşqdə normal həyat bərpa olunur

Dünya

11.12.2024 - 07:26

Həkimlər Klinikalar SEO Xidməti

Silahlı qruplaşmaların döyüşçüləri Dəməşqin mərkəzi bazarına nəzarəti davam etdirirlər

Suriyanın paytaxtı Dəməşqdə hakimiyyətin silahlı müxalifətə keçməsindən sonra mağazalar və banklar fəaliyyətini bərpa etməkdədirlər. Bu barədə AYNA “İnterfaks”a istinadən bildirir.

Qeyd olunub ki, Dəməşqdə bank müştəriləri artıq bankomatlardan istifadə edə bilirlər.

Hakimiyyəti ələ keçirmiş silahlı qruplaşmaların döyüşçüləri Dəməşqin mərkəzi bazarına nəzarəti davam etdirirlər, lakin oradakı satıcılar yenidən ticarətə başlayıblar.

Qeyd edək ki, dünən Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali təhlükəsizlik vəziyyətinin yaxşılaşdığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş