Dekabrın ilk gününün <font color=red> HAVASI</font>

Xəbərlər

30.11.2020 - 13:24

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir

 

Dekabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. 

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət  gecə 80-90, gündüz  60-70  faiz təşkil edəcək.

 

Dekabrın 1-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 1-5,  gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş