Defektoloq vəzifəsi üzrə müsahibə mərhələsi keçirilib

Xəbərlər

28.10.2021 - 11:14

Müsahibələrdə 33 namizəd iştirak edib

Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün namizəd seçilməsi məqsədilə müsahibə mərhələsi keçirilib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsahibələrdə 33 namizəd iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, oktyabrın 21-də defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçimi həyata keçirilib və seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı, faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük verilib.

Müəllif: Ayna.az