Danilov: “Kiril əlifbasından qurtulmalıyıq”

Dünya

12.09.2021 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynanın əsas işlərindən biri Latın əlifbasına keçid olmalıdır”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Kiril əlifbasından imtina edilməsinin və ölkənin Latın əlifbasına keçməsinin lehinə olduğunu açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Danilovun sözlərinə görə, Ukraynanın əsas işlərindən biri Latın əlifbasına keçid olmalıdır.

“İnanıram ki, bu, əsas məsələlərdən biri olacaq. Kiril əlifbasından qurtulmalıyıq”, - deyə Danilov vurğulayıb.

O eyni zamanda, Ukraynada iki dilin - Ukrayna və İngilis dilinin istifadəsini dəstəklədiyini bildirib: “İngilis dili mütləq olmalıdır. Çünki sivil dünyadan danışırıqsa, İngilis dili sivil ünsiyyət dilidir. Və başa düşməliyik ki, hər kəs İngilis dilini bilməlidir. Eyni zamanda, İngilis dilinin tədrisi uşaq bağçasından başlamalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş