Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün dünyada tədbirlər görülür
Polşa xarici vətəndaşlar üçün sərhədlərini bir müddət bağlı saxlayacaq.
AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, koronavirus epidemiyası səbəbindən bu tarix mayın 13-dək uzadılıb. Ölkəyə yalnız Polşa vətəndaşları və onların qohumları olan xarici vətəndaşlar daxil ola bilər.
Xatırladaq ki, Polşada sərhədlər daha əvvəl mayın 3-dək bağlanmışdı. Ölkədə 12 mindən çox insan koronavirusa yoluxub, 600 nəfər infeksiyadan dünyasını dəyişib.