Daha 27 müəssisədən Rusiyaya pomidor və alma ixracına icazə verilib

Xəbərlər

04.03.2021 - 11:58

Hazırda məhdudiyyətlərin aradan qaldırılması istiqamətində intensiv müzakirələr davam etdirilir

 

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) arasında aparılan müzakirələr nəticəsində 8 alma və 19 pomidor istehsalı müəssisəsinə məhsullarının Rusiyaya ixracına icazə verilib.

 

Həmin ölkənin müvafiq qurumu tərəfindən "Met-Ak" MMC, "FruitsByJan" MMC, "Qalagro" MMC və "FruitGarden" MMC-dən, habelə fiziki şəxslər Həsənov Elşən Hörmət oğlu, Piriyev Yusif Məmmədəli oğlu, Şirinov Mehman İsmayıl oğlu və Zulbalayev Elçin Mövludağa oğluna məxsus müəssisələrdən alma məhsulunun, "Agro-Nom" MMC, "Kaskad-Agro" MMC, "Agro Vest" MMC, “Red Globe" MMC, "Big Store" MMC, "Eco Prod" MMC, "T.T.Ş.-İnşaat" MMC, "ARAS" MMC, "Hamacoğlu Agro" MMC və "Türkan Aqro" MMC-dən, habelə fiziki şəxslər Cəfərov Zahid Həbib oğlu, İsayeva Gülnar Namik qızı, Qurbanov İskəndər Rasim oğlu, Qəmbərov Nizami Fəxrəddin oğlu, Axundova Aida Zahid qızı, Qocayev Rəsul Mehman oğlu, Cəbrayılov Məlikməməd Saday oğlu, Fərəcov Novruz Mürşüd oğlu və Məsimova Sücayət Qurban qızına məxsus müəssisələrdən pomidorun Rusiya Federasiyasına ixracı mümkün olacaq.

 

Onu da qeyd edək ki, Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 114.382 ton təşkil edir və bu, 2020-ci il ərzində həmin ölkəyə ixrac olunan 66,924 ton almanın 170,9 faizi həcmindədir. Eyni zamanda, pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 224,168 ton təşkil edir və bu, 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179,956 ton pomidor məhsulunun 124,5 faizini təşkil edir.

 

Hazırda məhdudiyyətlərin aradan qaldırılması istiqamətində intensiv müzakirələr davam etdirilir.

 

Xatırladırıq ki, indiyə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ölkəmizdə fəaliyyət göstərən 70 pomidor və 46 alma istehsalı müəssisəsindən həmin ölkəyə məhsul ixracına icazə verilib.

Müəllif: Ayna.az