Daha 2 ölkə arasında diplomatik böhran yaranıb

Xəbərlər

25.05.2021 - 00:29

Həkimlər Klinikalar SEO Xidməti

​Belarus Latviya səfirini ölkədən çıxarır

 

Latviya Xarici İşlər Nazirliyi diplomatlarının Belarusdan göndərilməsinə adekvat cavab vermək qərarına gəlib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Belarusun müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırılıb. Ona Belarus səfirinin və bütün diplomatların Latviyadan deportasiyası ilə bağlı məlumat verilib.

 

Xatırladaq ki, Belarus XİN rəhbəri Vladimir Makey daha əvvəl açıqlmasında Latviya səfirinin və bütün diplomatların ölkədən çıxarılması ilə bağlı açıqlama yaymışdı. Buna səbəb Riqada keçirilən xokkey yarışı zamanı Belarusun dövlət bayrağı əvəzinə, müxalifətin istifadə etdiyi ağ-qırmızı-ağ bayrağın qaldırılması olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş