Rusiya Prezidenti: “KTMT üzv ölkələrin ərazisinə müdaxilə olarsa addımlar atır”
“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib.
V.Putin Ermənistanın belə, separatçıların qondarma qurumunun “müstəqilliyi”ni tanımadığını xatırladıb: “Bu, o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prosesə qoşulmamasına gəldikdə, Putin qeyd edib ki, Rusiyanın buna əsası yoxdur: “KTMT üzv ölkələrin ərazisinə müdaxilə olarsa addımlar atır. Ermənistanın ərazisinə hansısa müdaxilə olmayıb”.