COVID-19 xəstəsi olan Quba sakini Xaçmazda saxlanılıb

Xəbərlər

30.11.2020 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

O, koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib

 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus (COVID-19) xəstəsi aşkarlayıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Quba rayon sakini Orxan Mikayılov olduğu müəyyən edilib.

 

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də qaydaları pozaraq Xaçmaz rayonuna gəlmək istəyib.

 

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və Orxan Mikayılov təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş