COVID-19 xəstəsi karantin postunda saxlanıldı

Xəbərlər

21.12.2020 - 12:51

Oğuz sakini barəsində cinayət işi başlanıb

 

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-21015” markalı avtomobilin sürücüsünü aktiv koronavirus xəstəsi olduğunu müəyyən ediblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, sürücü - Oğuz rayon sakini Biruni Hacıyev COVID-19 virusunun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək karantin rejimi qaydalarını kobud surətdə pozub. Polis əməkdaşları həmin şəxsi tibbi prosedurlar gözlənilməklə Oğuz rayonunun Mollalı kəndində yaşadığı ünvana göndəriblər. B.Hacıyev barəsində polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar