Çindən Yaponiyaya etiraz: səfir XİN-ə çağrılıb

Dünya

14.11.2025 - 14:05

XİN Yaponiya Baş nazirinin Tayvanla bağlı açıqlamalarına etiraz edib

Çin xarici işlər nazirinin müavini Sun Veydonq Yaponiyanın Çindəki səfiri Kenji Kanasugini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb və Yaponiyanın Baş naziri Sanae Takaiçinin Çin və Tayvanla bağlı bağlı açıqlamalarına görə, etiraz edib, nəticələr barədə xəbərdarlıq edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Nazir müavini bildirib ki, "ötən həftə parlamentdə Yaponiyanın Baş naziri Sanae Takaiçi Tayvanla bağlı, Tayvan boğazına silahlı müdaxilə ehtimalını nəzərdə tutan təxribatçı açıqlamalar verib".

O əlavə edib ki, “Takaiçinin açıqlamaları beynəlxalq münasibətlərin əsas normalarını kobud şəkildə pozub, müharibədən sonrakı beynəlxalq nizamı pozub, "Vahid Çin" prinsipinə zidd olub və Çin-Yaponiya münasibətlərinin siyasi təməlini ciddi şəkildə sarsıdıb".

Sun Veydonq vurğulayıb ki, "Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzindədir və toxunulmaz qırmızı xəttdir".

Onun sözlərinə görə, "Tayvan məsələləri sırf Çinin daxili işləridir".

"Çin xalqı Tayvan məsələsini necə həll edəcəyinə qərar verməlidir və heç bir xarici qüvvənin müdaxiləsinə dözməyəcək. Bu gün Çinin yenidən birləşmə işinə hər hansı bir formada müdaxilə etməyə cəsarət edən hər kəs şübhəsiz ki, Çindən ağır zərbə alacaq!”, nazir müavini vurğulayıb.

Veydonq Tokionu "səhvlərini tanımağa və düzəltməyə, mənfi fikirlərdən imtina etməyə və yanlış yolda davam etməməyə" çağıraraq, əks halda, bütün nəticələrə görə Yaponiyanın məsuliyyət daşıyacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş