Hikmət Hacıyev: “Vaksinlərin istifadəyə verilməsi və ya bir sıra məsələlər gündəmdə saxlanılır”
“Azərbaycan dünyada vaksinlə bağlı məsələləri araşdırır. Vaksinlərin istifadəyə verilməsi və ya bir sıra məsələlər gündəmdə saxlanılır. Müəyyən şirkətlərlə əlaqələr saxlanılır. Müəyyən alt fəsadlara yol verməyən vaksinlərin hazırlanmasına maraq var”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O, əlavə edib ki, Çinin Vuhan şəhərindən yaxın günlərdə ölkəyə tibb işçilərinin gəlişi nəzərdə tutulur.