Ölkədə 1 750 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində daha 107 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 88 911-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 635-dir. Ümumilikdə 82 526 xəstə sağalıb.
Ölkədə 1 750 aktiv koronavirus xəstəsi var ki, onlardan da 85-nin vəziyyəti ağır qiymətləndirilir.