Çində güclü zəlzələ olub - ölənlər var

Dünya

16.09.2021 - 07:47

Həkimlər Klinikalar SEO Xidməti

Təbii fəlakət zonasından 7 minə yaxın insan təxliyyə edilib

Çində 6 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Çinin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin mərkəzi Lucou şəhərində yerləşib və dərinliyi 10 kilometr təkil edib.

Zəlzələ nəticəsində bir neçə inzibati və sosial bina ilə yanaşı, 200-ə yaxın fərdi evə ciddi zərər dəyib. Dağıntı nəticəsində dörd nəfər ölüb, 60 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Mülki müdafiə qüvvələri təbii fəlakət zonasından 6904 nəfəri təxliyyə edilib. Lucou şəhərində ən yüksək səviyyədə fövqəladə vəziyyət elan edilib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş