İyul ayında ölkənin universitetlərinə imtahanlar keçiriləcək
Çinin ən böyük şəhərlərində bütün təhsil-tədris müəssisələri, demək olar ki, fəaliyyətini bərpa edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, artıq Şanxayda orta məktəb və liseylər də qapılarını şagirdlərinin üzünə açıb.
İyul ayında Çinin universitetlərinə imtahanların keçiriləcəyi elan edilib. Koronavirusun mənbəyi olan Vuhanda isə liseylər mayın 6-da açılacaq. Şəhərdə virusla bağlı əsas karantin tədbirləri ləğv edilib.
Qeyd edək ki, ötən həftənin cümə günündən bu vaxta qədər Çində 26 nəfərdə virusa yoluxma qeydə alınıb. Ümumilikdə, Çində virusa yoluxma sayı 82 830 nəfər olub. Ölkədə xəstəliyin ikinci dalğasının gələcəyindən qorxanlar da var. Bu səbəbdən hələ də sosial məsafəni gözləmək və maskadan istifadə olunması davam edir.