“Ukrayna və Tayvan problemləri fərqli xarakter daşıyır və tamamilə müqayisə olunmaz”
Çin Ukrayna və Tayvan arasında paralellər aparmağa qarşıdır. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Diplomatik nümayəndəlik ABŞ dövlət katibi Marko Rubionun Ukrayna münaqişəsinin nəticəsinin Çinin Tayvan ətrafındakı vəziyyəti qavramasına təsir edəcəyi ilə bağlı bəyanatlarını belə şərh edib. Səfirlikdən vurğulanıb ki, “Ukrayna və Tayvan problemləri fərqli xarakter daşıyır və tamamilə müqayisə olunmaz”.
"Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və Tayvan məsələsi Çinin müstəsna daxili məsələsidir", - diplomatik nümayəndəlikdən qeyd edilib.