Çin Ermənistana 100 min doza peyvənd ianə edib

Dünya

03.05.2021 - 17:12

“CoronaVac” vaksini artıq Ermənistana gətirilib

 

Çin Ermənistana 100 min doza “CoronaVac” peyvəndi ianə edib. AYNA erməni mediasına istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi vaksinlərin artıq ölkəyə gətirildiyini açıqlayıb.

 

Ermənistanda indiyədək 3 min nəfərin vaksin edildiyi bildirilir.

 

Qeyd edək ki, Ermənistanda ümumilikdə 200 mindən çox şəxs Covid-19 virusuna yoluxub, onlardan 4 mindən çoxu vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş