Nazirlik batma təhlükəsi ilə üzləşənlərlə bağlı məlumat yayıb
Bu gün 2 nəfər Xəzərdə çimərkən batma təhlükəsi ilə üzləşib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Pirşağı" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.