Zaxarova rusiyalı diplomatlarının Çexiyadan çıxarılması ilə bağlı cavab tədbirləri görüləcəyini bildirmişdi
Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonka Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova rusiyalı diplomatlarının Çexiyadan çıxarılması ilə bağlı cavab tədbirləri görüləcəyini bildirmişdi. Onun sözlərinə görə, Moskva yaxın vaxtlarda Praqanın hərəkətləri ilə bağlı konkret addımlar atacaq.
Qeyd edək ki, Çexiya dünən 18 rus diplomatın ölkədən çıxarılacağını açıqlayıb. Praqa 2014-cü ildə Vrbetitsadakı partlayışlarda iştirak edənlərin Rusiya xüsusi xidmət orqanlarında çalışmaqda şübhəli bilir.