İlk oyun günündə 6 qarşılaşma keçiriləcək
UEFA Çempionlar Liqasında liqa mərhələsinə bu gün başlanılacaq. AYNA.AZ xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçiriləcək. Günün mərkəzi görüşündə “Real Madrid” İspaniyada İtaliya təmsilçisi “İnter”i qəbul edəcək.
Günün digər oyunlarında Yunanıstan AEK-i Avstriyanın LASK, Belçikanın “Brügge” kollektivi İngiltərənin “Aston Villa”, Almaniyanın “Borussiya Dortmund” komandası İspaniyanın “Vilyarreal” klubunu sınağa çəkəcək.
Portuqaliya təmsilçisi “Portu” İngiltərə çempionu “Mançester Siti” ilə, “Lill” isə Fransada İspaniyanın “Betis” kollektivi ilə qarşılaşacaq.
8 sentyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
20:45. AEK (Yunanıstan) – LASK (Avstriya)
20:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)
23:00. “Real Madrid” (İspaniya) – “İnter” (İtaliya)
23:00. “Borussiya Dortmund” (Almaniya) – “Vilyarreal” (İspaniya)
23:00. “Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
23:00. “Lill” (Fransa) – “Betis” (İspaniya)
Qeyd edək ki, I turun digər görüşləri sentyabrın 9-u və 10-da keçiriləcək. Azərbaycan çempionu “Sabah” isə sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.