Çempionlar Liqasında “play-off” mərhələsinin püşkü atılıb

İdman

31.01.2025 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

Püşkatmada əsas mərhələdə 9-24-cü yerləri tutan 16 komanda iştirak edib

UEFA Çempionlar Liqasının “play-off” mərhələsinin püşkatma mərasimi keçirilib. AYNA xəbər verir ki, tədbirdə 1/16 finalın cütlükləri bəlli olub.

Püşkatmada əsas mərhələdə 9-24-cü yerləri tutan 16 komanda iştirak edib.

1/16 final mərhələsinin cütlükləri

"Brest" (Fransa) – PSJ (Fransa)

"Mançester Siti" (İngiltərə) – “Real Madrid” (İspaniya)

"Brügge" (Belçika) – “Atalanta” (İtaliya)

"Monako" (Fransa) – “Benfika” (Portuqaliya)

 “Yuventus” (İtaliya) – PSV (Niderland)

 “Feyenoord” (Niderland) – “Milan” (İtaliya)

 “Seltik” (Şotlandiya) – “Bavariya” (Almaniya)

 “Sportinq” (Portuqaliya) – “Borussiya Dortmund” (Almaniya)

Bu raundun oyunları 11-12 və 18-19 fevralda keçiriləcək.

Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan kollektivlər - “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko Madrid” (hər ikisi İspaniya), “Bayer” (Almaniya), və “Lill” (Fransa) isə birbaşa turnirin 1/8 finalına yüksəliblər. Bu mərhələnin püşkatma mərasimi fevralın 21-də, matçları isə 4-5 və 11-12 martda oynanılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş